Kənd təsərrüfatı naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Samux rayonunda vətəndaşları qəbul edəcək
# 24 iyun 2014 09:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 27-də saat 11:00-da Samux rayonunda Samux, Göy-göl,Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected])vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR