“Təmiz Şəhər”də ətraf mühitin mühafizəsi, tullantıların təkrar emalı mövzusunda dəyirmi masa keçirilib

“Təmiz Şəhər”də ətraf mühitin mühafizəsi, tullantıların təkrar emalı mövzusunda dəyirmi masa keçirilib
# 19 may 2014 15:02 (UTC +04:00)

Bakı. Pərviz Nuriuyev – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Dünya Bankının, eləcə də Bakıda səfərdə olan Almaniyanın İqtisadiyyat və Enerji Federal Nazirliyinin əməkdaşlarının və ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, təkrar istehsal, sənaye tullantıları kimi sahələri təmsil edən nümayəndələrinin iştirakı ilə “Azərbaycanda ətraf mühitin mühafizəsi, tullantıların təkrar emalı, sənaye tullantıları” mövzusunda dəyirmi masa təşkil edilib.

“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən ASC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev Bakıda tullantıların idarə edilməsi zamanı ətraf mühitin mühafizəsinə və ekologiyanın qorunmasına xüsusi diqqətin göstərildiyini vurğulayıb.

Cəmiyyətin Layihələrin idarəedilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatla çıxış edərək Bakı şəhərində tullantıların idarəedilməsi sahəsində əldə olunmuş uğurlar və həyata keçirilməkdə olan layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdıırıb.

Dəyirmi masa çərçivəsində iki ölkə arasında Azərbaycanda tullantı sularının, eləcə də tullantıların idarə olunması mövzusunda fikir mübadiləsi aparılmış və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbir çərçivəsində Almaniya nümayəndə heyətinin Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına səfəri təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR