Bakıda Azərbaycan və Rusiyanın veteranlar təşkilatları arasında əməkdaşlıq sazişi imzalanıb - FOTOSESSİYA

Bakıda Azərbaycan və Rusiyanın veteranlar təşkilatları arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 aprel 2014 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi ilə “Boevoye Bratstvo” Ümumrusiya Veteranları İctimai Təşkilatının Dağıstan şöbəsi arasında əməkdaşlıq sazişi imzalanıb.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev bildirib ki, imzalanan müqavilə olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, müqavilənin məqsədi dövlətlər arasında uzunmüddətli sülh və əməkdaşlığın yaranmasına kömək etməkdir: “Eyni zamanda bu müqavilə regionda gedən ictimai-siyasi proseslərin gedişatı haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, əməkdaşlığa və sülhə maneə yaradan amillərin aradan qaldırılmasında qüvvələrin birgə iştirakını təmin etmək, veteranların psixoloji-mənəvi vəziyyətlərinin bərpasına xidmət edir”.

Dağıstan veteranlarının rəhbəri Maqomed Qurbanov da müqavilənin iki təşkilat arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR