Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirləri Şurasının iclası keçirilib - FOTOSESSİYA

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirləri Şurasının iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 aprel 2014 17:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Şurasının iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasda KTMT-nin baş katibi Nikolay Bordyuja təşkilatın cavabdehliyində olan ərazilərdə vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

KTMT ölkələri xarici siyasət idarələrinin rəhbərləri iclas zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişafı yollarını, regionda mövcud vəziyyəti müzakirə ediblər.

İclas zamanı KTMT ölkələri xarici işlər nazirləri tərəfindən Əfqanıstanla və Suriyanın Kesab şəhərində baş verən hadisə ilə bağlı bəyanat qəbul olunub.

Suriyanın ermənilərin kompakt yaşadığı Kesab şəhərində kütləvi şəkildə öldürülməsi ilə bağlı bəyanat layihəsi Ermənistan tərəfindən hazırlanıb. Bu barədə KTMT xarici İşlər Nazirləri Şurasının iclasında təşkilatın baş katibi Nikolay Bordyuja bildirib: "Suriyada baş verən məlum hadisə ilə bağlı Ermənistan tərəfinin təşəbbüsü ilə bəyanat layihəsi müzakirə olunub. İclasda iştirak edən bütün nümayəndə heyətlərinin rəhbərləri sənədi imzalamağa hazır olduqlarını təsdiq ediblər".

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR