Rusiyada “KamAZ”-la 26 yaşlı qızı vuraraq öldürən Azərbaycan vətəndaşına hökm oxunub

Rusiyada “KamAZ”-la 26 yaşlı qızı vuraraq öldürən Azərbaycan vətəndaşına hökm oxunub
# 21 fevral 2014 09:12 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 25 yaşlı Azərbaycan vətəndaşı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə Azərbaycan vətəndaşı həm də 3 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən il oktyabrın 23-də Xabarovsk şəhərinin professor Danilovsk küçəsində baş verib. Azərbaycan vətəndaşı idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 26 yaşlı piyadanı vurub. Piyada hadisə yerində keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR