MDB XİN başçıları Şurasının Kiyevdə planlaşdırılan iclası baş tutmayacaq

MDB XİN başçıları Şurasının Kiyevdə planlaşdırılan iclası baş tutmayacaq
# 11 mart 2014 13:53 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın MDB orqanları yanındakı daimi nümayəndəsi İvan Buneçko deyib.

Onun sözlərinə görə, MDB ölkərinin əksəriyyəti toplantıya qatılmayacaqları haqda məlumat verib.

Qeyd edək ki, Ukrayna tərəfi iclas zamanı Krımda yaranmış vəziyyəti müzakirəyə çıxarmağı planlaşdırırmış.

Ukraynanın MDB orqanları yanındakı daimi nümayəndəliyinin məlumatında bildirilir ki, daimi nümayəndələr Şurası əsas səbəb kimi Ukraynanın müzakirəyə çıxarmaq istədiyi məsələnin yetərincə işlənmədiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR