Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib

Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib
# 17 fevral 2014 22:59 (UTC +04:00)

Bakı-APA. Podaqra xəstəliyindən (oynaq xəstəliyi) əziyyət çəkən Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, eks prezidentin xəstəxanaya yerləşdirilməsinə baxmayaraq onun səhhətinə heç bir təhlükə yoxdur.

Məlumata görə, J.Şirak Parisin yaxınlığındakı O de Sen departamentində yerləşən Amerika xəstəxanasına yerləşdirilib. “O, son 2 gün ərzində ayaq nahiyəsindəki şiddətli ağrılardan şikayət edirdi, lakin onun səhhəti üçün heç bir təhlükə yoxdur. Hospitalda həkimlər onu müayinə edəcək”, deyə keçmiş prezidentin ətrafında olan mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR