Sərhəddəki insidentdən sonra Qırğızıstan Tacikistandakı səfirini geri çağırıb

Sərhəddəki insidentdən sonra Qırğızıstan Tacikistandakı səfirini geri çağırıb
# 14 yanvar 2014 13:12 (UTC +04:00)

Bakı – APA. Qırğızıstan Tacikistandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb.

APA – nın məlumatına görə, bu barədə “K-News” saytı Qırğızıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Səfir Urmat Saralayev sərhəd zonasında baş vermiş insidentlə əlaqədar məsləhətləşmələr üçün geri çağırılıb.

Qeyd edək ki, yanvarın 11-də Qırğızıstan – Tacikistan sərhədində qırğız və tacik sərhədçiləri arasında atışma olub. Hadisə nəticəsində 6 qırğız və 2 tacik yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR