Venesuela prezidenti Kolumbiyanın keçmiş prezidentini ölkədəki iğtişaşları hazırlamaqda ittiham edib

Venesuela prezidenti Kolumbiyanın keçmiş prezidentini ölkədəki iğtişaşları hazırlamaqda ittiham edib
# 16 fevral 2014 00:32 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribeni (2002-2010) ölkədəki iğtişaşları hazırlamaqda ittiham edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Alvaro Uribe iğtişaşlarda iştirak edən faşist hərəkatlarını maliyyələşdirir və idarə edir.

Qeyd edək ki, fevralın 15-də Venesuelanın müxtəlif şəhərlərində Maduro tərəfdarları və əleyhdarlarının yürüşü keçirilib. Toqquşmalar nəticəsində 3 nəfər ölüb, onlarla insan xəsarət alıb və saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR