Sabah futbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər

Sabah futbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər
# 06 may 2014 14:34 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında sabah baş tutacaq qarşılaşmalar çempionatla bağlı bir sıra məsələlərə aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, XXXIV turda qızıl medalçının müəyyənləşməsi də istisna deyil.

Ən yaxın izləyicisi “İnter”lə üz-üzə gələcək “Qarabağ” kimi, bakılılar da gümüş medal və ya ilk “üçlük”də yerini təmin etmək imkanı qazanıb.

Avrokuboklara vəsiqə baxımından “Qəbələ” – “Bakı” görüşü də böyük əhəmiyyət kəsb edir. AZAL – “Neftçi” qarşılaşmasını da nəzərə alsaq, bu 3 görüşün Azərbaycanı Avropada təmsil edəcək 4 klubun adlarını rəsmiləşdirməsi də mümkündür.

“Simurq”un “Rəvan”la səfər, “Xəzər Lənkəran”ın “Sumqayıt”la ev matçları isə o qədər böyük əhəmiyyətə malik deyil. Apasport.az-ın tərtib etdiyi cədvəldə sabah rəsmiləşməsi mümkün olanlar əksini tapıb.

ƏSAS ŞƏRT

ƏLAVƏ ŞƏRT

RƏSMİLƏŞMƏ

“Qarabağ” “İnter”ə qalib gəlsə

“Qarabağ” I yeri təmin edir

“Qarabağ” “İnter”lə heç-heçə etsə

“Qarabağ” ən azı “Qızıl oyun”a vəsiqəni təmin edir

“İnter” uduzmasa

“İnter” minimum gümüşü təmin edir

“İnter” uduzsa

“Neftçi” və “Qəbələ” qalib gəlməsə

“İnter” gümüşü təmin edir

“İnter” uduzsa

“Neftçi” və “Qəbələ”dən biri qalib gəlməsə

“İnter” bürüncü təmin edir

“Neftçi” qalib gəlməsə

“Neftçi” gümüşü itirir

“Neftçi” qalib gəlsə

“İnter” uduzmasa

“Neftçi” gümüşü itirir

“Qəbələ” qalib gəlməsə

“Qəbələ” gümüşü itirir

“Qəbələ” qalib gəlsə

“İnter” uduzmasa

“Qəbələ” gümüşü itirir

“Neftçi” qalib gəlsə

“Bakı” uduzsa

“Neftçi” avrokuboklara vəsiqəni təmin edir

“Qəbələ” qalib gəlsə

“Qəbələ” avrokuboklara vəsiqəni təmin edir

“Bakı” uduzsa

“Neftçi” qalib gəlsə

“Bakı” avrokuboklardan kənar qalır və 4 iştirakçının hamısı bilinir

“Bakı” qalib gəlsə

“Bakı” ilk “5-lik”də qalır, “Simurq” 5-ci her ümidini itirir

“Simurq” qalib gəlməsə

“Bakı” ilk “5-lik”də qalır, “Simurq” 5-ci her ümidini itirir

AZAL qalib gəlsə

8-ci yeri tutur

“Sumqayıt” qalib gəlməsə

8-ci yeri tutur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR