Avropa Liqası fərqli formatda keçiriləcək

Avropa Liqası fərqli formatda keçiriləcək
# 30 may 2014 11:48 (UTC +04:00)

Bakı – APA. Avropa Voleybol Konfederasiyası (CEV) yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, CEV Avropa Liqasını kişi və qadınlar arasında fərqli formatda keçirməyə qərar verib. Bu dəfəki turnir “Dördlər finalı” olmadan baş tutacaq.

Belə ki, 2 qrupda mübarizə aparacaq 10 kişi komandası gözlənilən qayda ilə yoluna davam edəcək. Onlar qrupda hərəyə 8 oyun keçirdikdən sonra həlledici mərhələdə ev-səfər prinsipi ilə mübarizə aparacaqlar. Qrup qaliblərinin digər “dördlüyün” ikincisi ilə qarşılaşacağı yarımfinalın ilk matçları iyulun 12-13-də, cavab görüşləri isə 16-da təşkil olunacaq.

Öz qrupunda birinci olacaq yığmalar ilk oyunu səfərdə keçirəcəklər. Final ilk matçı iyulun 23-də, cavab qarşılaşması iyulun 26-da və ya 27-nə planlaşdırılır. Burada ilk görüş B qrupunun qalibi, A qrupunun ikincisi arasında yarımfinal cütünün güclüsünün meydanında keçiriləcək.

6-cı dəfə təşkil olunacaq qadınların yarışında isə bu dəfə yarımfinal olmayacaq. Əvvəlki 5 turnirdə 4 ən yaxşı komandanı bir şəhərdə eyni araya gətirən CEV bu dəfə birbaşa final oyunu keçirməyi lazım bilib. Belə ki, 2 qrupda qüvvəsini sınayan 8 yığmanın ən güclü ikisi həlledici matçlara vəsiqə qazanacaq.

Artıq bu oyunların tarixi də bəllidir. A qrupunun qalibinin ev oyunu iyulun 16-da, B qrupunun birincisinin ev oyunu isə 3 gün sonra keçiriləcək.

Qeyd edək ki, tarixində ilk dəfə Avropa Liqasına qatılacaq kişilərdən ibarət Azərbaycan millisi A qrupunda Polşa, Yunanıstan, Monteneqro və Rumıniya ilə mübarizə aparacaq. Daha iddialı olan qadın voleybolçularımız isə A qrupunda Türkiyə, Bolqarıstan və Sloveniya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR