Nalçikdə polisə atəş açan şəxs zərərsizləşdirilib

Nalçikdə polisə atəş açan şəxs zərərsizləşdirilib
# 30 dekabr 2013 22:11 (UTC +04:00)

Bakı-APA. Ötən gün Nalçikdə polis əməkdaşlarına tapançadan atəş açan şəxs öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 19.25 radələrində Qabardin-Balkar Respublikası DİN əməkdaşları Nalçikdə şübhəli şəxsin sənədlərini yoxlamağa cəhd edərkən o, üzərində gizlətdiyi tapançanı çıxararaq polis əməkdaşlarına atəş açıb.

Cavab atəşi ilə hücum edən şəxs öldürülüb, onun şəxsiyyəti müəyyənləşdirilir. Polis əməkdaşları arasında ölən və yaralanan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR