Qərib Məmmədov: “Gürcüstanla əsas mübahisəli məsələ gürcülərin Balakəndə ötən əsrin 90-cı illərinin əvvəlində saldığı kəndlə bağlıdır” - VİDEO

Qərib Məmmədov: “Gürcüstanla əsas mübahisəli məsələ gürcülərin Balakəndə ötən əsrin 90-cı illərinin əvvəlində saldığı kəndlə bağlıdır” - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədində delimitasiya ilə bağlı razılaşdırılmamış sahələr üzrə ekspertlər səviyyəsində işlər davam etdirilir.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Gürcüstanla 480 km sərhədimiz var: “Bu sərhədlərin 300 km-i dəqiqləşdirilib. 180 km sərhədin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılır”.

O qeyd edib ki, əsas mübahisəli məsələ Balakən rayonunun Gürcüstanla sərhədi ilə bağlıdır: “Balakən rayonunda Bazar adlanan ərazidə gürcülər ötən əsrin 90-cı illərinin əvvəllərində kənd salıblar. Həmin kəndin ərazisi 19 hektarı əhatə edir. Hazırda mübahisə həmin ərazi ilə bağlıdır”.


Q. Məmmədov Azərbaycanla Rusiya arasında dövlət sərhədində demarkasiyasına toxunub. “Bu işlərə də artıq start verilib. Ötən ilin may ayında Rusiya və Azərbaycan dövlət sərhədlərinin demarkasiyası ilə bağlı Dövlət Komissiyalarının ilk iclası keçirilib. Hazırda ekspertlər səviyyəsində demarkasiya ilə bağlı normativ sənədlər hazırlanır. Azərbaycanla İran arasında dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR