İstanbul-Gəncə-İstanbul aviareyslərinin sayı artırılıb

İstanbul-Gəncə-İstanbul aviareyslərinin sayı artırılıb
# 07 aprel 2014 10:29 (UTC +04:00)

Türk Hava Yollarının (THY) Gəncə nümayəndəliyindən APA-nın qərb bürosuna verilən məlumata görə, İstanbul-Gəncə-İstanbul istiqamətində uçuşları təşkil edən “Onur Air” aviaşirkətin fəaliyyətinin dayanması nəticəsində THY-dən istifadə edənlərin sayı artıb. Bunu nəzərə alan şirkət sözügedən istiqamətdə uçuşların sayını artırıb.

Məlumata görə, əvvəllər uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilirdisə də, aprelin 1-dən etibarən həftənin çərşənbə və cümə günləri də uçuşlara başlanılıb.

Nümayəndəlikdən bildirilib ki, çərşənbə, cümə və bazar günləri İstanbul-Gəncə-İstanbul uçuşları birbaşa, çərşənbə axşamı, cümə axşamı, şənbə günləri isə Gəncə-İstanbul birbaşa, İstanbul Gəncə isə Naxçıvana enməklə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR