ABŞ Konqresmenləri Cin Qrin və Tim Rayn Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə bəyanatlar veriblər

ABŞ Konqresmenləri Cin Qrin və Tim Rayn Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə bəyanatlar veriblər
# 27 fevral 2014 04:22 (UTC +04:00)

APA-nın məlumatına görə, konqresmen Cin Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu qeyd edib və Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan edib.

Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan Konqresmen, eyni zamanda dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb.

Öz növbəsində, Konqresmen Tim Rayn da Xocalı Faciəsinin qurbanlarını yad edib. O, öz bəyanatında Ermənistan və Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olmasının baxımından həlledici olduğunu vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR