Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1,274 mln. nəfəri keçib

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1,274 mln. nəfəri keçib
# 13 noyabr 2013 10:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı oktyabrın 1-nə 1 274 342 nəfər təşkil edib. Cəmi əmək pensiyası alan şəxslərin 39,5%-i kişi, 60,5%-i isə qadınlardan ibarətdir. Onlardan 62,2%-i yaşa görə, 27,1%-i əlilliyə gərə, 10,7%-i ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics»ə verilən məlumata görə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı il yanvarın 1-nə 28,5 manat olduğu halda, bu ilin oktyabrın 1-nə 170 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 187,6 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR