Sabah ilaxır çərşənbə tədbirləri ilə bağlı Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah ilaxır çərşənbə tədbirləri ilə bağlı Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 17 mart 2014 15:22 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, sabah Bakıda keçiriləcək ilaxır çərşənbə şənlikləri ilə əlaqədar, paytaxtın İstiqlaliyyət küçəsindən Əziz Əliyev küçəsi istiqamətinə nəqliyyatın hərəkətinə tədbir tam bitənə qədər məhdudiyyət tətbiq olunacaq.


V. Əsədov, bayram günlərində yol polisinin gücləndirilmiş iş rejimində çalışacağını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR