Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Heydər Əliyev və sosial siyasət” mövzusunda konfrans keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Heydər Əliyev və sosial siyasət” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 17 iyul 2012 11:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 43-cü ildönümü ilə bağlı “Heydər Əliyev və sosial siyasət” mövzusunda elmi-praktik konfrans keçirilib. Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən ƏƏSMN-nin Aparat rəhbəri Elnur Kələntərov H. Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra respublika həyatında baş verən dəyişikliklərdən danışıb. Onun sözlərinə görə, 1969-1982-ci illərdə ölkədə iqtisadiyyatın inkişafı, yeni strateji əhəmiyyətli müəssisələrin yaradılması, sənayenin, kənd təsərrüfatının inkişafı, kadr potensialının formalaşdırılması istiqamətlərində uğurlu nəticələr əldə edilib. E. Kələntərov
deyib ki, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret işlər görülüb, H.Əliyev tərəfindən imzalanan 60-dan artıq sənəd sosial sahədə inkişafın təmin olunmasına xidmət edib.

Konfrans nazirliyin bir qrup gənc əməkdaşına Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələrinin təqdim olunması ilə yekunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR