Azərbaycan XİN: Ermənistan Azərbaycanı hədələməklə regionun gələcəyini, Avropanın enerji təhlükəsizliyini hədələyir

Azərbaycan XİN: Ermənistan Azərbaycanı hədələməklə regionun gələcəyini, Avropanın enerji təhlükəsizliyini hədələyir
# 24 oktyabr 2012 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu fikirləri Ermənistan prezidentinin Azərbaycanın işğal altında olan ərazilərində keçirilən hərbi təlimlərdə iştirakına münasibət bildirərkən deyib.

“Ermənistan dərk etməlidir ki, tarixdə işğal siyasəti yürüdənlər əvvəl-axır cəzalarını alırlar. Bəşəriyyətə qarşı cinayət törədən insanlar məhkəmə qarşısına çıxırlar. Ermənistan rəhbərliyi həm Azərbaycan xalqına, həm də öz vətəndaşlarına qarşı cinayət törədib. Azərbaycan dövlətinin məqsədi ədaləti bərpa etməkdir və buna yetərincə gücü var”.

“Azərbaycanın enerji layihələrini vurmaqla hədələyən Ermənistan bilməlidir ki, artıq Azərbaycanda yekunlaşan və inkişafda olan enerji layihələri bütün regionun inkişafına xidmət edir, Avropa enerji təhlükəsizliyini təmin edir. Ermənistan Azərbaycanı hədələməklə regionun gələcəyini, Avropanın enerji təhlükəsizliyini hədələyir. Regionun inkişafı üçün heç bir töhfə verməyən Ermənistan artıq regionun inkişafına mane olmaq qərarına gəlib və destruktiv addımlar atmaq fikrinə düşüb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR