Dow Jones indeksi 0,7%, S&P 500 1,2%, Nasdaq 2,3% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,2%, Nasdaq 2,3% yüksəlib
# 26 aprel 2012 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Aprelin 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 091 bəndədək, S&P 500 1,2% - 1 391 bəndədək, Nasdaq isə 2,3% - 3 029 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, Avropa fond bazarlarında aprelin 25-də FTSE 100 indeksi 0,2% - 5 719 bəndədək, Almaniya DAX-ı 1,7% - 6 704 bəndədək, Fransa CAC-40-ı 2% - 3 233 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 647,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3225 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR