Pakistanda silahlılar aviabazaya hücum ediblər

Pakistanda silahlılar aviabazaya hücum ediblər
# 16 avqust 2012 04:35 (UTC +04:00)
Bakı-APA. Gecə saatlarında Pakistanın şimalında Minhas hərbi-hava qüvvələri bazası silahlıların hücumuna məruz qalıb. Tərəflər arasında döyüş 3 saatadək davam edib. Bu barədə APA Reyterə istinadən məlumat verir.

Məlumata görə, döyüş nəticəsində 6 silahlı məhv edilib. Həmçinin 2 hərbçinin də həlak olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR