Çin xarici işlər nazirliyi: İrana hücum bölgə üçün dağıdıcı müharibəyə səbəb ola bilər

Çin xarici işlər nazirliyi: İrana hücum bölgə üçün dağıdıcı müharibəyə səbəb ola bilər
# 06 aprel 2012 23:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Müharibə İran xalqının iqtisadi vəziyyətinin pisləşməsinə və bədbəxtçiliyinə səbəb olacaq”. APA-nın məlumatına görə, bunu Çinin xarici işlər nazirliyinin rəsmisi Çen Ksiadonq deyib. O bildirib ki, İrana qarşı hərbi müdaxilənin pis nəticəsi olacaq: “İrana hücum etmək üçün 10 min dəlil olsa da, başlayacaq müharibənin ağır nəticələrini qarşılamayacaq. Əgər qarşılıqlı olaraq İran da hücumlara hərbi cavab versə, bu bölgə üçün dağıdıcı müharibə olar və dünya iqtisadiyyatına böyük zərər vurar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR