Haitidə sürüşmə nəticəsində 6 nəfər həlak olub

Haitidə sürüşmə nəticəsində 6 nəfər həlak olub
# 31 mart 2012 02:49 (UTC +04:00)
Bakı-APA. Haitinin paytaxtında sürüşməsi nəticəsində 6 nəfər həlak olub. APA-nın xəbərinə görə, bu barədə Haitinin Mülki müdafiə mərkəzi məlumat yayıb.

Palçıq və daş axını kasıbların yaşadığı Morne Kalvaire məhəlləsində bir neçə evi məhv edib.

Həlak olanlardan üçü qadın, ikisi kişi, biri isə uşaqdır.

Artıq neçə həftədir ki, yağış Port-o-Prensdə ara vermir. İki il bundan əvvəl baş vermiş zəlzələdən sonra yaradılmış çadır şəhərciklərinin dağılma ehtimalı bu günlərdə lap yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR