İctimai Palata İctimai Televiziyanın qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirib - FOTOSESSİYA

İctimai Palata İctimai Televiziyanın qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 24 may 2012 12:46 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiya başlamaq ərəfəsində əraziyə yaxınlaşan İP üzvlərindən bir qrupu polis tərəfindən saxlanılaraq, polis bölmələrinə aparılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Asəf Quliyev də var.

Saat 13.00-da başlayan aksiyaya İP Gənclər Birliyi tərəfindən start verilib. Qruplar halında binanın qarşısında aksiya keçirən İP üzvləri polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Aksiya iştirakçısı Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu aksiyanın qətnaməsini oxuyub. Qətnamədə aksiyada televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, İctimai Palatanın tədbirlərinin işıqlandırılması, həbsdə olan İP üzvlərinin azadlığa buraxılması kimi tələblər irəli sürülüb. Sonradan polisin N. Yaqublunu da saxladığı bildirilir.

Aksiya saat 14.30-da yekunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR