BMT-nin Suriyadakı müşahidə missiyasının mandatı uzadılıb

BMT-nin Suriyadakı müşahidə missiyasının mandatı uzadılıb
# 21 iyul 2012 08:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT Təhlükəsizlik Şurası təşkilatın Suriyadakı müşahidə missiyasının mandatını uzadıb.

APA-nın BMT İnformasiya Mərkəzinin saytına istinadən xəbərinə görə, BMT baş katibinin tövsiyəsini və Suriyada vəziyyətin daha da pisləşməsini nəzərə alaraq müşahidəçilərin mandatı “sonuncu dəfə 30 gün müddətinə” uzadılıb.

Təhlükəsizlik Şurası bütün tərəfləri müşahidə missiyasının hərəkət və çıxış imkanlarını məhdudlaşdırmadan təhlükəsizliyini təmin etməyə çağırıb, əsas məsuliyyətin isə Suriya hökumətinin üzərinə düşdüyünü bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR