Gürcüstan XİN Putinin prezident seçilməsindən məyus olub

Gürcüstan XİN Putinin prezident seçilməsindən məyus olub
# 05 mart 2012 13:02 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalantadze keçirdiyi brifinqdə Vladimir Putinin Rusiya prezidenti seçilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Vladimir Putin bu vəzifəyə seçiləcəyini gizlətməyib: “Onun prezident seçilməsi çox kədərli faktdır, bu onu göstərir ki, Rusiyanın inkişaf perspektivi çox azdır. Putin görüşlərində işğal olunan Gürcüstan əraziləri ilə bağlı siyasətin dəyişməyəcəyini də bildirib. Bu bizim üçün yenilik deyil. Ən başlıcası odur ki, biz bu istiqamətdə davamlı siyasətimizi davam etdirək. Putin öz siyasətini dəyişəcək və yaxud dəyişməyəcək, bunu bilmirik, lakin onun istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyətin səyləri sonda öz nəticələrini verəcək”.
Qeyd edək ki, Vladimir Putin prezident seçkisindən bir gün sonra bildirib ki, o, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsində geri çəkilmək niyyətində deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR