Almaniyada işsizlik səviyyəsi martda 0,2 faiz bəndi azalıb

Almaniyada işsizlik səviyyəsi martda 0,2 faiz bəndi azalıb
# 29 mart 2012 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında Almaniyada işsizlik səviyyəsi fevral ayı ilə müqayisədə 0,2 faiz bəndi azalaraq 7,2% təşkil edib.

APA-Economics”in xəbərinə görə, Almaniyanın İşədüzəltmə üzrə Federal Agentliyinin yaydığı açıqlamada bildirilir ki, hesabat dövründə ölkədə işsizlərin sayı 82 min nəfər azalaraq 3,028 mln. nəfərə enib.

Almaniya Federal Statistika Bürosu (“Destatis”) isə mart ayında işsizlik səviyyəsinin 0,1 faiz bəndi, işsizlərin sayının 18 min nəfər azaldığını bəyan edib.

Qeyd edək ki, Almaniyada həm İşədüzəltmə üzrə Federal Agentlik, həm də Federal Statistika Bürosu məşğulluq üzrə aylıq hesabatlar dərc edir. İki qurumun məlumatları arasındakı fərq hesablama metodikasının fərqli olması ilə bağlıdır. Analitiklər İşədüzəltmə üzrə Federal Agentliyin rəqəmlərini daha inandırıcı sayırlar. Çünki “Destatis” əhali arasında keçirdiyi telefon sorğularına əsaslanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR