Azərbaycanda hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, yaralananlar var

Azərbaycanda hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, yaralananlar var
# 24 iyul 2012 17:21 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Azərbaycanın Quba rayonunda hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hərbçiləri daşıyan maşın sərt döngədə hərəkəti tənzimləyə bilməyərək aşıb. Hadisə Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, rayonun Qırız-Dəhnə kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 7 hərbçinin xəsarət aldığı bildirilir. Onlardan yalnız 3-ü Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR