“Qadınlar elmdə” mövzusunda regional seminar keçirilir - FOTO
03 may 2012 11:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Qadınlar elmdə” mövzusunda regional seminar başlayıb. APA-nın məlumatına görə, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev seminarın əhəmiyyətini vurğulayıb, Azərbaycanda qadınların elmə, mədəniyyətə və iqtisadiyyata verdiyi dəyərli töhfələrdən danışıb.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bildirib ki, qadınlar sosial-ictimai həyatımızın bütün sahələrində kişilərlə birlikdə nailiyyətlərə imza atırlar. O, Azərbaycan qadınlarının qazandıqları uğurlardan, qadınların hüquq və azadlıqlarının, onların hərtərəfli inkişafının reallaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açıb: “Qadın bizim milli cəmiyyətimizin bütün tarixi dövrlərində həmişə “ana”, “bacı”, “dost”, “həyat yoldaşı”, “sevgi” adlandırılan müqəddəs kult olub. Hazırda Azərbaycan elmində elə bir sahə yoxdur ki, orada qadınlar əldə etdikləri elmi nailiyyətləri ilə fərqlənməsinlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın dövlət qadın siyasəti haqqında məlumat verib. O deyib ki, dövlət cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi məsələlərinə böyük diqqət yetirir.
Tədbirdə çıxış edən Elmlər Akademiyalarının Qlobal Şəbəkəsinin (İAP) həmsədri Hovard Alper və Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Birliyinin (AASSA) nümayəndəsi Namik Aras təmsil etdikləri qurumların fəaliyyəti haqqında danışıblar.
Seminar işini sessiyalarda davam etdirib.
Qeyd edək ki, seminar AMEA ilə Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Birliyinin (AASSA) birgə təşkilatçılığı və Elmlər Akademiyalarının Qlobal Şəbəkəsinin (İAP) dəstəyi ilə təşkil edilib. Üç gün davam edəcək seminarda Azərbaycanla yanaşı, Türkiyə, Koreya Respublikası, Tacikistan, İndoneziya və digər ölkələri təmsil edən alim qadınların məruzələri dinləniləcək.

Sosial
Ötən il Azərbaycanda 56 mindən artıq şəxsə anemiya diaqnozu qoyulub
18:49
18 may 2024
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024