Bakıda peşə liseyinin emalatxanasında müasir tipli Peşə Tədris Resurs Mərkəzi yaradılacaq

Bakıda peşə liseyinin emalatxanasında müasir tipli Peşə Tədris Resurs Mərkəzi yaradılacaq
# 11 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan addımlardan danışıb. Onun sözlərinə görə, bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələr həyata keçirilir, ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilir.

J.Bulos 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasında qaynaqçı ixtisası üzrə müasir tipli Peşə Tədris Resurs Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etdiklərini deyib. M. Mərdanov bu təklifi yüksək dəyərləndirib və yeni mərkəzin açılması, layihənin səmərəli həyata keçirilməsi ilə bağlı dəstəyin göstəriləcəyini deyib.

Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasının müasir səviyyədə əsaslı təmir ediləcək. Şirkətin vəsaiti hesabına təhsil müəssisəsinin qaynaq aparatları, təlim vəsaitləri ilə təmin olunması, digər ölkələrdən mütəxəssislər dəvət edilərək təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlim keçmiş şəxslərə dövlət təhsil sənədi ilə yanaşı, şirkətin beynəlxalq səviyyədə tanınan sertifikatı da təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR