Azərbaycan yeni neft, qaz və kimya kompleksinin inşası üçün vəsaitlərin 70%-ni kənardan cəlb edəcək
10 aprel 2012 08:45 (UTC +04:00)
Tələb olunan investisiyaların 30%-nin Azərbaycan tərəfindən, qalan 70%-nin isə kənardan cəlb olunacaq vəsaitlər hesabına ödənilməsi planlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
T.Qəhrəmanov qeyd edib ki, kənar investorlar qismində xarici bank təşkilatları və maliyyə institutlarının, yerli investor qismində isə ARDNŞ və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) çıxış edəcəyi gözlənilir. Bununla yanaşı, kompleksin həmtəsisçisi rolunda çıxış edə biləcək ARDNF-in layihənin maliyyələşdirilməsində kənar kreditor kimi də iştirak edə bilər. «»Belə olan halda, yerli maliyyələşdirmənin payı hətta 50%-ə çata bilər», - deyə ARDNŞ rəsmisi vurğulayıb.
T.Qəhrəmanov həmçinin bildirib ki, glən ilin əvvəlində inşasına başlanması planlaşdırılan kompleks çərçivəsində ilk olaraq qaz emalı zavodunun tikintisi nəzərdə tutulur. Bu müəssisə artıq 2017-ci ilin ortalarında istismara verilə bilər. Zavodun istehsal gücü ildə 10 mlrd. kubmetr təşkil edəcək. Həmçinin, layihə çərçivəsində illik gücü 10 mln. ton olan neft emalı zavodu, həmçinin 30-dək neft-kimya məhsulu istehsal edən neft-kimya zavodunun inşası planlaşdırılır.
Qeyd edək ki, layihənin ümumi dəyəri 14 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir, layihənin rentabellik səviyyəsi 13%, ödənmə müddəti 7 ildir.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024