İran Böyük Britaniya və Fransadan sonra Yunanıstana da neft ixracını tamamilə dayandırıb

İran Böyük Britaniya və Fransadan sonra Yunanıstana da neft ixracını tamamilə dayandırıb
# 10 aprel 2012 11:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Yunanıstana neft ixracını tamamilə dayandırıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə Avropanın əksər ölkələrinə neft ixracı dayandırılacaq. Qeyd edək ki, İran bundan əvvəl Böyük Britaniya və Fransaya neft ixracını dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR