Argentinanın Azərbaycana təyin olunmuş ilk səfiri Bakıya gəlib

Argentinanın Azərbaycana təyin olunmuş ilk səfiri Bakıya gəlib
# 13 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Argentinanın Azərbaycana təyin olunmuş ilk səfiri Karlos Dante Riva artıq Bakıya gəlib. Bu barədə APA-ya Argentinanın Azərbaycandakı səfirliyindən məlumat verib.

Xatırladaq ki, K.Riva ixtisasca vəkildir və Argentinanın del Litoral Milli Universitetinin hüquq və sosial elmlər üzrə doktorudur. Bundan öncə diplomat Venesuela və Kubada işləyib, həmçinin ölkəsinin BMT-də maraqlarını təmsil edib.

Argentinanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri etimadnaməsini prezident İlham Əliyevə təqdim edəndən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Argentina Azərbaycandakı səfirliyini 2012-ci ildə təsis edib və hazırda səfirliyə müvəqqəti işlər vəkili Alberto Xose Alonso başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR