ANAMA tərəfindən ötən ay 976 ədəd PHS və 5 ədəd mina zərərsizləşdirilib

ANAMA tərəfindən ötən ay 976 ədəd PHS və 5 ədəd mina zərərsizləşdirilib
# 14 iyul 2016 09:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2016-cı ilin iyun ayı ərzində 10, 298, 732 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Məlumatda qeyd olunur ki, ay ərzində 976 ədəd PHS və 1 ədəd tank əleyhinə və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 374, 101, 116 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 720, 298 ədəddir.

İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR