Səfir: "Türkiyə Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycandan daha çox qaz almalıdır"

Səfir: "Türkiyə Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycandan daha çox qaz almalıdır"
# 17 may 2016 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna rəsmi şəkildə türk şirkətlərinə ölkənin qərbində yerləşən qaz anbarlarından istifadə etməyi təklif edib.

"APA-Economics"in Türkiyənin "Akşam" qəzetinə istinadən verdiyi xəbərə görə, Ukraynanın Ankaradakı səfiri Sergey Korunskiy deyib ki, hələlik bununla bağlı rəsmi anlaşma olmasa da, Ukraynanın "Naftoqaz" şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında danışıqlar davam edir: "Türkiyədən gələn mütəxəssislər artıq anbarlarımızla tanış olub".

Türkiyənin il ərzində Rusiyadan 27 mlrd. kubmetr həcmində qaz aldığına diqqət yetirən diplomat qeyd edib ki, Ankara rus qazından asılılığını tamamilə azalda bilməz, lakin onu minimuma endirə bilər: "Türkiyə Azərbaycan və Türkmənistandan daha çox qaz almalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR