Sabiq nazir müavini vəfat edib

Sabiq nazir müavini vəfat edib
# 20 aprel 2016 12:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında vəfat edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, F. Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 60-70-ci illərdə Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib. 1993-2012-ci illərdə F. Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib.

O, milli mədəniyyət sahəsindəki xidmətlərinə görə 1998-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR