Ağdamda 8 yaşlı uşağı it dişləyib

Ağdamda 8 yaşlı uşağı it dişləyib
# 10 sentyabr 2016 11:54 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda 8 yaşlı uşağı it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Kənd sakini Fətəliyev Hüseyn İlkin oğluna Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Quduzluğa qarşı zərdab vurulduqdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, it tutma halları çoxalıb. Avqust ayında 48 nəfər, sentyabr ayının ilk 10 günündə isə 13 nəfər it dişləmə xəsarəti ilə xəstəxanaya müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR