Kerri: “İran 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq”

Kerri: “İran 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq”
# 18 yanvar 2016 20:48 (UTC +04:00)

Bakı-APA. İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində, rəsmi Tehran təxminən 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

O, bəzi ekspertlərin adıçəkilən məbləğin $100-150 milyarda çatacağını qəti şəkildə təkzib edib: “Bu uydurma rəqəmlərdir. İran təxminən 55 milyard alacaq”, deyə C.Kerri bildirib.

Dövlət katibi həmçinin vurğulayıb ki, İran maliyyə vəsaitini birdəfəlik deyil, hissə-hissə alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR