Koalisiyanın Yəmənə endirdiyi aviazərbə nəticəsində 8 dinc sakin ölüb

Koalisiyanın Yəmənə endirdiyi aviazərbə nəticəsində 8 dinc sakin ölüb
# 30 sentyabr 2016 02:35 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq ərəb koalisiyasının Yəmənin şimalına endirdiyi iki aviazərbə nəticəsində 8 dinc sakin ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə yerli rəsmi qurumlardan bildirilib.

Məlumata görə, zərbələrdən birinin hədəfi Razah şəhərində mülki avtomobil olub. Nəticədə 5 nəfər ölüb. İkinci zərbə Şadeh şəhərinə endirilib, nəticədə 3 mülki şəxs ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR