AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib

AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib
# 09 dekabr 2015 14:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib. Müvafiq qərarla həmin İdarənin nəzdində fəaliyyət göstərən xarici dillər kafedrası ləğv edilib, onun bazasında yeni Elmi-tərcümə şöbəsi yaradılıb.


Eyni zamanda, AMEA-nın “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinin adı dəyişdirilərək “Elm” Nəşriyyatı adlandırılıb.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilib. Qərarla yeni Elmi nailiyyətlərin təbliği şöbəsi yaradılıb.

AMEA-nın Fizika İnstitutunun və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şuralarının yeni tərkibi təsdiq edilib.

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilib.

İclasda Rəyasət Heyətinin qərarı ilə Səbuhi Qəhrəmanov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR