Fransız-Azərbaycan Universitetində təhsil almaq üçün 303 nəfər qeydiyyatdan keçib

Fransız-Azərbaycan Universitetində təhsil almaq üçün 303 nəfər qeydiyyatdan keçib
# 25 iyul 2016 11:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulla bağlı müraciətlərin qeydə alınması artıq başa çatıb. APA-nın xəbərinə görə, qəbul imtahanında 500 və daha çox bal toplayan 303 tələbə 4 ixtisas üzrə 160 yer uğrunda mübarizə aparacaq.

UFAZ-a qeydiyyat 18-23 iyul tarixlərində həyata keçirilib. Qeydiyyatdan keçən abituriyentlər 25-26 iyulda sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) götürə bilərlər. Qeydiyyata alınmış abituriyentlər 27 iyul saat 10.00-da ADNSU-da keçiriləcək imtahanda iştirak edəcəklər.

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq Universitetinin birgə hazırladığı 4 ixtisas üzrə tədris başlanacaq. Tədris tamamilə qeyd olunan fransız proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla təmin olunacaqlar. Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələrin Fransada yay məktəblərində və bir mübadilə semestrində iştirak etməsi mümkündür. 2016-2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisası üzrə 30 dövlət sifarişli və 10 ödənişli olmaqla 160 tələbənin təhsil alması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR