Elmar Məmmədyarov Estoniya xarici işlər nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Estoniya xarici işlər nazirinin müavinini qəbul edib
# 26 aprel 2016 15:08 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniyanın xarici İşlər nazirinin müavini Killike Silaste-Ellinqi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamasalınması və hazırkı vəziyyəti barədə məlumat verən nazir Elmar Məmmədyarov, diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəldib. Nazir bildirib ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə ve qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da, təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Nazir qeyd edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan siılahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə həmçinin, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübailəsi aparılıb və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR