"Əş-Şabab" terror qruplaşmasının liderlərindən biri öldürülüb

"Əş-Şabab" terror qruplaşmasının liderlərindən biri öldürülüb
# 02 aprel 2016 10:26 (UTC +04:00)

Bakı - APA. ABŞ hərbçiləri "Əş-Şabab" terror qruplaşmasının Somalidəki mövqelərinə havadan bir neçə zərbə endirib.


APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr nəticəsində "Əş-Şabab" qruplaşmasının liderlərindən biri olan Həsən Əli Dhure öldürülüb.

Pentaqonun yaydığı məlumatda deyilir ki, Həsən Əli Dhure Somalinin paytaxtı Moqadişoda ABŞ vətəndaşlarına qarşı terror aktı törətmək niyyətində idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR