Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AGBank” cari ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.
“APA-Economics” xəbər verir ki, 2015-ci ilin yanvar ayının 31-i ilə müqayisədə 2016-cı il aprelin 1-ə bankın cəmi aktivləri 0,5% artaraq 517,262 mln. manat təşkil edib.
Hesabat dövründə kredit portfeli 366,407 mln. manat təşkil edib ki, bu da 2,18% azalma deməkdir. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi isə 88,058 mln. manat təşkil edib. Bu isə ümumi kredit portfelinin 24%-i deməkdir.
Bankın öhdəlikləri isə 5,84% azalaraq 434,425 mln. manat olub.
Depozit portfeli hesabat dövründə 27,6% azalaraq 220,260 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 157,522 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 34,1% azalma deməkdir.
Hesabat dövründə “AGBank”ın nizamnamə kapitalı 4 dəfə artaraq 101 mln. 503,102 min manat, məcmu kapitalı isə 54,8% artaraq 82 mln. 836,978 min manat təşkil edib.
Qeyd edək ki, “AGBank” cari ilin ilk rübünü 6 mln. 627 min 715,14 manat zərərlə başa vurub.
Kredit portfelinin 24%-i problemli olan "AGBank" I rübü iri zərərlə başa vurub
03 may 2016 09:54 (UTC +04:00)
Maliyyə
“Naxçıvan Bank”ın müştərilərinə xəbərdarlıq olunub - FOTO
15:50
29 may 2024
Azərbaycanda kredit təşkilatının xalis mənfəəti azalıb
14:47
29 may 2024
ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”
13:57
29 may 2024
Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin yaşayış evləri ilə bağlı layihəsi davam edir
12:59
29 may 2024