Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələri Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
APA-nın məlumatına görə, ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyulub, ruhlarına dualar oxunub.
QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər: “Vyana görüşləri bu həqiqəti bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”.
Sonra aksiya iştirakçıları Ermənistan bayrağını tapdalayıb və yandırıblar.