Qabonda etirazçılar parlamentin binasına od vurub

Qabonda etirazçılar parlamentin binasına od vurub
# 31 avqust 2016 21:08 (UTC +04:00)

Bakı-APA. Qabonun paytaxtı Librevildə etirazçılar parlamentin binasını od vurub.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Paytaxtda kütləvi iğtişaşlar prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb.

Səsvermənin nəticələrinə görə, hazırkı prezident Əli Bonqo Ondimpa 49,85%, onun əsas rəqibi, Qabonun sabiq xarici işlər naziri Jan Pinq isə 48,16% səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR