Azərbaycan, İran, Rusiya nəqliyyat nazirlərinin üçtərəfli görüşünə hazırlıq gedir

Azərbaycan, İran, Rusiya nəqliyyat nazirlərinin üçtərəfli görüşünə hazırlıq gedir
# 02 iyun 2016 15:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Şimal və cənub dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində işlər sürətlə gedir”.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. O bildirib ki, Azərbaycan tərəfdə işlər başlanıb və sürətlə davam etdirilir: “İranda da gömrük-yük terminalının tikintisi davam edir. Qəzvin-Rəşt dəmir yolu xəttinin 90 faiz hissəsi inşa olunub. Ötən ay Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Qəzvindən Astaraya kimi olan hissəyə helikopterlə baxış keçirib. Rəşt-Astara hissəsində torpaqların sahiblərindən alınması işləri davam edir. Dağ və qaya yoxdur, ona görə bu iş sürətlə gedir. Astara-Astara dəmir yolu xəttinin tikintisi bu ilin sonunda, Qəzvin-Rəşt isə 2017-ci ilin sonlarında başa çatacaq. Düşünürük ki, Rəşt-Astara hissəsi yaxın 2-3 il ərzində tamamlana bilər. Biz hazırda nəqliyyat nazirlərinin üçtərəfli görüşünün keçirilməsi istiqamətində iş aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR