Hindistanda avtobusun kanala aşması nəticəsində 8 nəfər ölüb

Hindistanda avtobusun kanala aşması nəticəsində 8 nəfər ölüb
# 22 avqust 2016 09:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Hindistanda Heydərabad şəhərindən Kakianada şəhəri istiqamətində hərəkət edən avtobus körpüdən aşıb.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

İlkin məlumata əsasən avtobus yüksək sürətlə hərəkətdə olub və nəticədə körpüdəki hasara çırpılaraq kanala aşıb. Hadisənin şahidi olan balıqçılar polis çağırıblar.

Avtobusda sıxılıb qalmış bir neçə nəfərin xilas edilməsi üçün iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR