İlk Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq

İlk Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq
# 08 fevral 2016 11:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Martın 9-da tam Günəş tutulması baş verəcək.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, bu ilin ilk Günəş tutulması martın 9-da olacaq. Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək: “2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən, Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək. Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək”.


Bildirilib ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR