Türkiyə XİN: Rusiya və Türkiyə təyyarələri həftə ərzində 13 dəfə təhlükəli məsafəyə yaxınlaşıblar

Türkiyə XİN: Rusiya və Türkiyə təyyarələri həftə ərzində 13 dəfə təhlükəli məsafəyə yaxınlaşıblar
# 16 oktyabr 2015 02:34 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbərinin müavini Əli Kamal Aydın bildirib.

“Oktyabrın 3-dən 10-dək Rusiya təyyarələri iki dəfə bizim hava məkanımızı pozub, Rusiyanın daha üç təyyarəsi təhlükəli manevrlər həyata keçirib, ümumilikdə qeyd olunan müddətdə, Rusiya və Türkiyə təyyarələri arasında 13 dəfə təhlükəli yaxınlaşma halı qeydə alınıb”, deyə Əli Kamal Aydın bildirib.

Türkiyə XİN rəhbərinin müavini həmçinin qeyd edib ki, Türkiyə hava məkanının Rusiya təyyarələri tərəfindən pozulması məsələsini heç də qabartmır: “Heç bir ölkə hava məkanının digər ölkənin döyüş təyyarələri tərəfindən pozulmasına izn verməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR